“Sabah”ın yarımmüdafiəçisi Abdulla Xaybulayev Premyer Liqanın 28-ci turunda “Qarabağ” üzərində (1:0) qazandıqları qələbə haqda danışıb.
Sportinfo.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan 24 yaşlı futbolçu “Sabah”da vurduğu ilk qolu da şərh edib:
“Sabah” üçün ilk qolumu vurdum? Əsas odur ki, qalib gəldik. Amma debüt qoluma görə hisslərimi təsvir etmək mümkün deyil.
“Qarabağ”la matçda həm qəhrəman, həm də antiqəhrəman idim. Axı, qol vurdum, amma lazımsız qırmızı vərəqə aldım.
Bizim mübarizəmizə gəldikdə, “Qarabağ” kimi komandaya qarşı başqa cür ola bilməzdi. İlk hissədən son saniyəyə qədər mübarizə apardıq.
İlk hissədə yaxşı şanslarımız oldu: hətta ikinci və üçüncü qolları da vura bilərdik. Amma hər şey belə alındı.
Hələ beş tur qalıb və biz növbəti matçlara hazırlaşmalıyıq. İndi isə ən vacibi “Sabah”ın tarixində ilk dəfə çempion olması üçün hamısını qazanmaqdır”.