AZ

Afrika futbolunda xaos: Azarkeşlər meydanı istila etdi VİDEO

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Afrika Futbol Konfederasiyasının (CAF) Konfederasiya Kubokunun yarımfinal mərhələsi ciddi qalmaqalla yadda qalıb. Mərakeşin “Olimpik Safi” və Əlcəzairin “USM Əlcəzair” komandaları arasındakı qarşılaşma azarkeşlərin törətdiyi iğtişaşlara görə yarımçıq qalıb.

İdman.Biz xəbər verir ki, oyun zamanı hər iki klubun tərəfdarları arasında gərginlik yaşanıb və nəticədə çox sayda azarkeş təhlükəsizlik sədlərini yararaq yaşıl meydana daxil olub. Kütləvi şəkildə sahəyə axın edən fanatlar oyunun gedişatına mane olublar.

Baş vermiş hadisələrlə əlaqədar hakimlər briqadası və CAF nümayəndələri futbolçuların təhlükəsizliyini təmin etmək məqsədilə matçın dayandırılmasına və təxirə salınmasına qərar veriblər.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
icma.az

1Mənbələr