AZ

Ferstappenin “Mercedes”lə gözlənilməz uğursuzluğu

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Formula-1”in ulduzu Maks Ferstappen Nürburqrinqdəki Şimal döngəsində (Nordschleife) keçirilən GT3 yarışında üzləşdiyi texniki nasazlığa reaksiya verib. Komanda yoldaşı Lukas Auerlə birlikdə qələbə uğrunda mübarizə aparan niderlandlı pilotun idarə etdiyi “Mercedes”in splitterində yaranan problem onu vaxtından əvvəl pit-stopa məcbur edib.

İdman.Biz xəbər verir ki, yarışın 90-cı dəqiqəsində baş verən nasazlıq Ferstappen üçün sürpriz olub. O, “Viaplay”ə açıqlamasında hadisənin necə baş verdiyini anlamadığını bildirib.

“İkinci stintimin (iki pit-stop arasındakı dövr) ikinci dövrəsində qəfildən güclü vibrasiya başladı. Sonra splitter bərkdən tıqqıldamağa başladı və o an hiss etdim ki, qırılıb. Heç kimlə toqquşmamışdım, ona görə də bunun necə baş verdiyini bilmirəm. Digər “Mercedes”lərdə hər şey qaydasındadır, ümid edirəm ki, problemin səbəbini tapacağıq”, - deyə Ferstappen söyləyib.

Maks yarış zamanı Kristofer Haase ilə apardığı mübarizəni “olduqca gərgin” adlandırıb:

“Stintlərimi kifayət qədər yaxşı sürdüm. Digər GT3 avtomobilləri ilə döyüşmək və sıx trafikdə hərəkət etmək çox maraqlı idi. Avtomobil özünü yaxşı hiss edirdi, buna görə şadam. 24 saatlıq yarışa bacardığımız qədər yaxşı hazırlaşmışıq. Sadəcə qaranlıqda sürmədim, amma yağışda və fərqli mövqelərdə start sınaqlarını keçdim”.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
icma.az

1Mənbələr