Bakı, 20 aprel, AZƏRTAC
Sakit okeanda Samoa sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Samoanın paytaxtı Apiadan 201 kilometr cənub-qərbdə, 10 kilometr dərinlikdə yerləşib.
Mümkün itki və ya dağıntı barədə məlumat yoxdur. Sunami təhlükəsi barədə heç bir məlumat verilməyib.