AZ

Bakı və İrəvan arasında sülh hansı ölkədə imzalanacaq? Sürpriz versiya

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanla Ermənistan arasında ötən il Vaşinqtonda paraflanan sülh sazişinin bu ilin sonuna qədər Türkiyədə imzalanması ehtimalı artıb. Ankara da bunda maraqlıdır.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

“Ermənistan rəsmiləri Türkiyədə keçirilən müxtəlif konfranslarda iştirak edir, ikili görüşlərdə türkiyəli həmkarları ilə əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edirlər. Ermənistanın baş naziri Nikol Paşinyan da son açıqlamalarının birində iki ölkə arasında hərtərəfli əməkdaşlığa başlamaq üçün münbit şəraitin yetişdiyini bildirib. Gündəmdə iki ölkə arasında sərhədin açılması mövzusu da var. Bu məsələ Ankara ilə Bakı arasında koordinasiya edilir. Bir neçə gün əvvəl Parlamentlərarası İttifaqın İstanbulda keçirilən toplantısında Ermənistan Parlamentinin sədri Alen Simonyanla görüşən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Ermənistanı Türkiyə–Gürcüstan–Azərbaycan formatına daxil olmağı təklif edib. Alen Simonyan bu təklifdən məmnun qaldığını gizlətməyib. Bu gedişatı nəzərə alaraq Azərbaycanla Ermənistan arasında sülh sazişinin Ankara və ya İstanbulda imzalanması hamı üçün faydalı olar”, – o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
globalinfo.az

1Mənbələr