AZ

Netanyahu: İranla qarşıdurma davam edir

BAKI, 20 aprel. TELEQRAF

İsrailin Baş naziri Benyamin Netanyahu İranla qarşıdurmanın hələ başa çatmadığını və istənilən an yeni hadisələrin baş verə biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, baş nazir bu fikirləri Qüds şəhərində Argentina prezidenti Xavyer Miley ilə birgə çıxışı zamanı səsləndirib.

Məlumata görə, Netanyahu İsrailin qarşıdurmada qarşıya qoyduğu məqsədlərə nail olmaq niyyətində olduğunu vurğulayıb və vəziyyəti ciddi çağırışlar dövrü kimi qiymətləndirib. Onun sözlərinə görə, müəyyən nəticələr əldə olunsa da, proses hələ yekunlaşmayıb.

Netanyahu əlavə edib ki, regionda vəziyyət dəyişkən olaraq qalır və yaxın günlərdə hansı hadisələrin baş verəcəyini əvvəlcədən proqnozlaşdırmaq çətindir.

Seçilən
15
1
teleqraf.com

2Mənbələr