AZ

İtkin düşmüş rejissor döyüşlərdə həlak olubmuş...

Ukraynalı rejissor İqor Malaxovun döyüş bölgəsində iki ildən artıq davam edən itkinlik statusuna son qoyulub; onun Avdeyevka ətrafındakı döyüşlərdə həlak olduğu müəyyən edilib.

Publika.az xəbər verir ki, bu bardə "Obozrevatel" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin tərkibində Donetsk vilayətindəki hərbi əməliyyatlara qatılan Malaxov 2023-cü ilin dekabrından bəri itkin düşmüş hesab olunurdu.

Aparılan DNT analizi nəticəsində şəxsiyyəti müəyyənləşdirilən rejissorun Avdeyevka uğrunda gedən döyüşlər zamanı Stepnoye kəndi yaxınlığında həlak olduğu təsdiqlənib. Beləliklə, yoxa çıxmasından təxminən 2,5 il sonra döyüşlərdə iştirak edən sənətçinin taleyinə aydınlıq gəlib.

Seçilən
13
1
publika.az

2Mənbələr