AZ

Kiyevdə atışma: Polis rəisi istefa verdi

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Polis generalı Yevgeni Jukov Ukrayna Milli Polisinin Patrul Departamentinin rəisi vəzifəsindən istefa verib.

Axar.az xəbər verir ki, "RBK Ukrayna" məlumat yayıb.

Məlumata görə, istefa qərarı dünən atışma yerinə gələn, lakin atəş açıldıqdan sonra qaçan patrul əməkdaşları ilə bağlı qalmaqaldan sonra verilib.

"Döyüş zabiti kimi tutduğum vəzifədən istefa vermək qərarına gəldim. Məncə, bu ədalətli olardı",- Jukov deyib.

O həmçinin atışma zamanı patrul əməkdaşlarının hərəkətlərinə də münasibət bildirib:

"Onlar vəziyyəti səhv qiymətləndirdi və yaralı mülki insanları təhlükə altında qoydular. Çox biabırçı hadisədir. Daxili araşdırma aparılacaq və bütün rəhbərlər bu hərəkətlərə görə məsuliyyətə cəlb olunacaq".

Qeyd edək ki, aprelin 18-də Kiyevin Qoloseevski rayonunda karabinlə silahlanmış şəxs atəş açıb. O, küçədə 5 nəfəri güllələyib, sonra isə "Velmart"da özünü barrikada qurub. Cinayətkar supermarketdə də bir nəfəri - girovu öldürüb. Sonda cinayətkar polis xüsusi təyinatlıları tərəfindən məhv edilib.

Onun Moskva əsilli 58 yaşlı Dmitri Vasilçenkov olduğu üzə çıxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
axar.az

1Mənbələr