AZ

"Bütün mövqelərdə problemlərimiz var"

“Liverpul” klubunun baş məşqçisi Arne Slot Mersisayd derbisində zədələnən qapıçı Giorgi Mamardaşvili ilə bağlı vəziyyəti açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, niderlandlı mütəxəssis bildirib ki, futbolçu dərhal xəstəxanaya aparılıb:

“Onu xəstəxanaya apardılar. Mənə elə gəldi ki, böyük açıq yarası var. Bu, uzunmüddətli zədə olmayacaq, amma gələn həftə oynayıb-oynamayacağı hələ bəlli deyil. Hazırda demək olar ki, bütün mövqelərdə problemlərimiz var, indi isə iki qapıçımız sıradan çıxıb. Yaxşı tərəf odur ki, heyətdə üç qapıçı var”, – deyə mütəxəssis qeyd edib.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının 33-cü turunda “Everton”a qarşı keçirilən və 2:1 hesabı ilə “Liverpul”un qalib gəldiyi oyunda gürcü qolkiper ciddi zədə alıb.Hadisə zamanı toqquşmadan sonra diz nahiyəsindən xəsarət alan qapıçı oyunu davam etdirə bilməyib və yerini Freddi Vudmana verib.

Əlavə edək ki, Vudman 2025-ci ildə “Liverpul”a qoşulub və bu oyuna qədər yalnız bir dəfə – Liqa Kubokunda “Kristal Pelas”a qarşı matçda çıxış etmişdi.

Hazırda “Liverpul” çempionluq mübarizəsini davam etdirir və turnir cədvəlində yüksək mövqelərdən birini

Seçilən
26
90deqiqe.az

1Mənbələr