AZ

“Ərim atamı döyüb” - FOTO

“Atam ərim tərəfindən döyülüb”.

Ölkə.az xəbər verir ki, bu barədə türkiyəli aktrisa və müğənni  Yıldız Asyalı sosial mediada etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, ayrılma prosesində olduğu əri Mustafa Semih Demirci təkcə ona qarşı deyil, atasına qarşı da hücum edib.

Asyalı sosial şəbəkədə atasının xəsarət aldığı iddia edilən fotonu paylaşaraq, “Atam da ərim tərəfindən döyülüb” sözlərini yazıb.

Aktrisa hadisənin bununla bitmədiyini deyərək, ərinin ailəyə məxsus avtomobili götürərək, ərazidən uzaqlaşdığını bildirib. O, sosial mediada izləyicilərindən dəstək istəyərək, hadisənin yayılmasını xahiş edib.

Yıldız Asyalı ötən ilin mayında evləndiyi Mustafa Semih Demirci ilə qısa müddət sonra məişət zorakılığı iddiaları ilə gündəmə gəlmişdi. O, daha əvvəl də fiziki zorakılığa məruz qaldığını deyərək, xəsarət izlərini paylaşmışdı.(qafqazinfo)

Seçilən
10
5
olke.az

6Mənbələr