AZ

Husilərdən Trampa Bab əl-Məndəb təhdidi - “… bağlaya bilərik”



İran tərəfindən dəstəklənən Yəməndəki husilər ABŞ prezidenti Donald Tramp "sülhə mane olan bütün hərəkətləri" dayandırmasa, Bab əl-Məndəb boğazını bağlaya bilər.

Husi hökumətinin xarici işlər nazirinin müavini Hüseyn əl-Əzzi bazar günü, 19 apreldə bu barədə sosial mediada bildirib. O yazıb ki, bu halda "bütün bəşəriyyət, hətta cinlər də onu açmaqda tamamilə aciz qalacaqlar".

"Buna görə də, Tramp və onu dəstəkləyən ölkələr üçün sülhə mane olan bütün hərəkətlərə və siyasətlərə dərhal son qoymaq və xalqımızın və ölkəmizin hüquqlarına hörmət etmək ən yaxşı çıxış yoludur" - Əl-Cəzirə əl-Əzzidən sitat gətirib.

Qeyd edək ki, Bab əl-Məndəb boğazı Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirir. Bütün dəniz neft ticarətinin təxminən 12%-ni və dünyanın mayeləşdirilmiş təbii qazının (LNG) 8%-ni bu boğaz idarə edir. Dünyanın neft və LNG tədarükünün təxminən 25%-i isə İran tərəfindən blokadaya alınmış Hörmüz boğazından keçir.

SAMİRƏ

Seçilən
33
baki-xeber.com

1Mənbələr