AZ

İngiltərə Premyer Liqası: "Mançester Siti" "Arsenal"ı məğlub edib

"Mançester Siti" İngiltərə Premyer Liqasının XXXIII turunun ev oyununda "Arsenal"ı məğlub edib.

Aznews.az xəbər verir ki, Mançesterdəki "Etihad" stadionunda keçirilən oyun 2:1 hesabı ilə başa çatıb.

Rayan Çerki 16-cı dəqiqədə hesabı açaraq, ev sahiblərinə üstünlük qazandırıb. İki dəqiqə sonra "Arsenal"ın heyətində Kay Havertz hesabı bərabərləşdirib. Erlinq Holann 65-ci dəqiqədə vurduğu qolla qələbəni təmin edib.

"Mançester Siti" 32 oyundan sonra 67 xalla turnir cədvəlində ikinci yerdədir. Bu, "Arsenal"ın ardıcıl ikinci məğlubiyyəti olub. Uğursuzluğa baxmayaraq, London klubu 33 oyundan sonra 70 xalla liqanın lideri olaraq qalır.

Seçilən
35
2
aznews.az

4Mənbələr