AZ

"Mançester Siti" "Arsenal"la xal fərqini azaltdı

İngiltərə Premyer Liqasının 33-cü turu çempionluq uğrunda mübarizə aparan komandaların qarşıdurması ilə yadda qalıb.

Moderator.az xəbər verir ki, lider "Arsenal" ikinci yerdəki "Mançester Siti"nin qonağı olub.

Gərgin mübarizə ilə keçən görüş "şəhərli"lərin qələbəsi ilə başa çatıb - 1:2.

16-cı dəqiqədə Rayan Şerki "Mançester"i hesabda irəli çıxarıb. 18-ci dəqiqədə Kay Haverts Canluici Donnarummanın səhvindən istifadə edərək hesabı bərabərləşdirib. 65-ci dəqiqədə Erlinq Holand oyunda son nöqtəni qoyub.

Bu oyundan sonra "Mançester Siti" xalların sayını 67-yə çatdırıb, lider "Arsenal"ın 70 xalı var.

Qeyd edək ki, Pep Qvardiolanın yetirmələrinin ehtiyatda bir oyunu qalır.

Seçilən
25
moderator.az

1Mənbələr