AZ

Rodri “Arsenal”la oyunda zədələndi

“Mançester Siti”nin futbolçusu Rodri Ernandes “Arsenal” ilə arasında keçirilən oyunu tamamlaya bilməyib.

90deqiqe.Az xəbər verir ki, ispan yarımmüdafiəçi matç zamanı heç bir təmas olmadan zədə alıb. İlkin məlumata görə, futbolçuda qasıq əzələsində dartınma aşkarlanıb.

Rodri oyuna əsas heyətdə başlayıb, lakin 88-ci dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalıb. Onun yerinə Niko Qonsales meydana daxil olub.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının 33-cü turu çərçivəsində keçirilən “Mançester Siti” – “Arsenal” oyunu 2:1 hesabıyla “Siti”nin xeyrinə başa çatıb.

Seçilən
22
90deqiqe.az

1Mənbələr