AZ

Rusiyada sirkdə pələng tamaşaçıların oturduğu zonaya girdi - VİDEO

Rusiyanın Rostov-na-Donu şəhərində sirk tamaşası zamanı insident baş verib.

“Unikal”ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, tamaşa zamanı pələng təhlükəsizlik torundan qorxaraq arenanı tərk edib. Heyvan baryeri aşaraq birbaşa tamaşaçıların oturduğu hissəyə düşüb.

Hadisə zamanı zalda qısa müddətli panika yaşanıb. Tamaşaçılar operativ şəkildə ərazidən təxliyə olunub və tədbir dayandırılıb.

Məlumata görə, insident nəticəsində xəsarət alan olmayıb. Pələng qısa müddət sonra nəzarət altına götürülüb.

Seçilən
15
1
unikal.az

2Mənbələr