AZ

ŞOK CİNAYƏT: ABŞ-da kişi 8 uşağı güllələyərək öldürdü – FOTO

ABŞ-ın Luiziana ştatının Şrivport şəhərində dəhşətli kütləvi qətl hadisəsi baş verib. Yaşları 1 ilə 14 arasında dəyişən azyaşlılar silahlı hücumun qurbanı olublar. Hadisə nəticəsində 8 uşaq həyatını itirib, daha 2 nəfər isə ağır yaralanıb.

NOCOMMENT.az xəbər verir ki, cinayətkar bir neçə yaşayış binasında, o cümlədən öz evində atəş açıb. Öldürülən uşaqların bir hissəsinin qatilin doğma qohumları olduğu bildirilir. Qanlı aksiyadan sonra avtomobil qaçıran şəxs hadisə yerindən uzaqlaşmağa çalışıb. Lakin polis təqibi zamanı asayiş keşikçiləri atəş açaraq şübhəlini zərərsizləşdiriblər.

Hazırda hadisə yerində kriminalistlər və ştat polisi işləyir. Bu dəhşətli kütləvi qətlin motivi araşdırılır.

Sara,
NOCOMMENT.az

 

Seçilən
13
nocomment.az

1Mənbələr