Almaniya Bundesliqasında 2025/2026 mövsümünün qalibi məlum olub.
Offsideplus.az xəbər verir ki, "Bayern Münhen" klubu turnirin bitməsinə üç tur qalmış çempionluğunu rəsmən elan edib.
Vinsent Kompaninin rəhbərlik etdiyi "rekordmayster" mövsüm boyu rəqiblərinə aman verməyərək 105-dən çox qol vurmağı bacarıb. Bu möhtəşəm məhsuldarlıq münhenlilərin növbəti qələbəsində əsas rol oynayıb.
Qeyd edək ki, bu, "Bayern Münhen" klubunun tarixində qazandığı 35-ci çempionluq tituludur.
Hazırda Almaniya nəhəngi həm hücum xəttindəki performansı, həm də erkən çempionluğu ilə ölkə futbolunda dominantlığını bir daha sübut edib.