AZ

İran danışıqlardan ÇƏKİLDİ: “ABŞ-ın iddiaları media oyunudur”

İslamabadda ABŞ ilə keçiriləcək ikinci raund danışıqlar barədə yayılan xəbərlər həqiqəti əks etdirmir. İranın İRNA rəsmi xəbər agentliyinin məlumatına görə, hazırkı şəraitdə məhsuldar danışıqlar üçün aydın perspektivlər görünmür.

KONKRET.az xəbər verir ki, agentliyin mənbəsi danışıqlarda irəliləyişin olmamasına səbəb kimi ABŞ-ın qeyri-real tələblərini və atəşkəs rejiminin pozulması hesab edilən dəniz blokadasının davam etdirilməsini göstərib. Məlumatda bildirilir ki, Vaşinqtonun tez-tez mövqe dəyişməsi, ziddiyyətli bəyanatları və təhdid dolu ritorikası diplomatik prosesə mane olan əsas amillərdir.

Mənbə həmçinin ABŞ mediasında danışıqlarla bağlı yayılan xəbərləri İrana təzyiq göstərmək məqsədi daşıyan “media oyunu” və “ittiham oyunu” adlandırıb. Rəsmi Tehran bu cür nəşrlərin reallıqdan uzaq olduğunu vurğulayıb.

Natiq Səlim,
KONKRET.az

Seçilən
38
1
konkret.az

2Mənbələr