AZ

Rusiyalı tennisçi Barselona turnirinin finalında məğlub oldu

Dünyanın 15-ci raketkası Andrey Rublov İspaniyanın Barselona şəhərində keçirilən ATP-500 kateqoriyalı turnirin finalında məğlub olub.

90deqiqe.Az xəbər verir ki, həlledici görüşdə rusiyalı tennisçi fransalı Artur Fisə 2:6, 6:7 (2:7) hesabı ilə uduzub.

Matç 1 saat 40 dəqiqə davam edib. 

Rəqib tennisçi Artur Fis isə 5 eys, 3 ikiqat səhv və 19 breyk imkanından 5 uğurlu nəticə ilə yadda qalıb.

Qeyd edək ki, bu titul Fis üçün karyerasında 4-cü, cari mövsümdə isə ilk turnir qalibiyyəti olub. O, 2024-cü ildə Tokio və Hamburqda, 2023-cü ildə isə Lion turnirində çempion olmuşdu.

Seçilən
13
90deqiqe.az

1Mənbələr