AZ

ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının imkanları ətrafında fikir mübadiləsi aparılıb

Bakı. TurkicWorld:

ABŞ ilə Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının təqdim etdiyi imkanların həyata keçirilməsi istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Məlumata əsasən, müvəqqəti işlər vəkili Emi Karlon, Dövlət Departamentinin baş müşaviri Rebeka Neff və Ticarət və İnkişaf Agentliyinin (USTDA) ölkə direktoru Sara Leminq "AmCham Azerbaijan" şirkətinin təşkil etdiyi işgüzar naharda iştirak ediblər.

Paylaşımda bildirilib ki, görüş zamanı ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının potensialından səmərəli istifadə olunması üçün əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Seçilən
15
4
turkic.world

5Mənbələr