ain.az bildirir, Axar.az saytına əsaslanaraq.
İran hakimiyyəti ABŞ-ın ölkə limanlarının blokadasını qəbuledilməz hesab edir, çünki bu, bütün İran əhalisini kollektiv cəzaya məruz qoyur.
Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayil Bəqayi deyib.
O bildirib ki, Tehran bu cür hərəkətlərdə hərbi cinayət əlamətləri görür:
"İranın bütün əhalisinə qarşı qəsdən kollektiv cəzanın tətbiqi bəşəriyyətə qarşı cinayət olmaqla yanaşı, hərbi cinayətə bərabərdir".
O, həmçinin vurğulayıb ki, blokada ABŞ və İran arasında əldə olunmuş atəşkəs razılaşmalarını pozur:
"Üstəlik, Vaşinqtonun hərəkətləri naviqasiya azadlığını təmin edən müddəaları baxımından BMT Nizamnaməsini pozur".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.