AZ

“Çempionlar Liqası uğrunda mübarizə bizim üçün vacibdir”

“Liverpul”un müdafiəçisi Vircil van Deyk komandasının "Everton" üzərində qələbə qazanmasında həlledici rol oynayıb.

90deqiqe.Az xəbər verir ki, niderlandlı müdafiəçi oyunun son saniyələrində vurduğu qolla komandasına 2:1 hesablı qələbə qazandırıb.

 “Bu qol bizim üçün çox vacib idi, xüsusilə Çempionlar Liqası zonası uğrunda mübarizədə. Qarşıda hələ beş oyun var və hər biri bugünkü derbi kimi olacaq. Ümumilikdə isə bu mövsümdə çıxışlarımız gözləntilərdən aşağıdır. Bu vəziyyətdən maksimum nəticə çıxarmalıyıq”, – deyə van Deyk bildirib.

Qeyd edək ki, hazırda “Liverpul” İngiltərə Premyer Liqasının turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

Seçilən
15
90deqiqe.az

1Mənbələr