AZ

Güləşçilərin davası böyüdü, silahlar işə düşdü - Video

İnquşetiyada iki qonşu kəndin güləşçiləri arasında ciddi insident baş verib.

Musavat.com xəbər verir ki, hadisə zamanı tərəflər arasında kütləvi dava düşüb və qarşıdurmaya tanınmış idmançılar da qoşulub.

Məlumata görə, davada Avropa və Olimpiya çempionu olan güləşçilər də iştirak edib. Qarşıdurma qısa müddətdə daha da böyüyərək təhlükəli mərhələyə keçib və tərəflər silahdan da istifadə edib.

Buna baxmayaraq, hadisə ağır nəticələr doğurmayıb. İlkin məlumata əsasən, davada cəmi 1 nəfər yüngül xəsarət alıb.

Musavat.com

Seçilən
5
40
musavat.com

10Mənbələr