AZ

"Çox danışmağa ehtiyac yoxdur" - Kaxaber Tsxadadze

“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze Premyer Liqanın 28-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyəti belə şərh edib:

"Hər şeyi özünüz gördünüz. Çox danışmağa ehtiyac yoxdur.

Böyük üstünlüyə malik idik. Sadəcə qol epizodlarını reallaşdırmaq lazımdır. Qol vurmursansa, qalib gələ bilməzsən. İki dəfə boş qapıya düşə bilmədik. Bizim üçün hər oyun çox vacibdir və öz aramızda bu barədə danışırıq. Yəqin ki, sonda soyuqqanlılıq çatmır. Çalışıb əlimizdən gələni etməliyik ki, qalan oyunlarda maksimum xallar toplayıb Premyer Liqada yerimizi qoruyaq. Azarkeşlərimizə təşəkkür edirəm ki, belə nəticələrə baxmayaraq, gəlib bizi dəstəkləyirlər. Onlardan üzr istəyirik. Xahişim odur ki, sonadək bizə dəstək olsunlar".

Seçilən
1
1
fanat.az

2Mənbələr