sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Misli Premyer Liqasının XXVIII turunun "Sumqayıt" – "Qəbələ" oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze görüşlə bağlı fikirlərini bölüşdü. Sport24.az xəbər verir ki, mütəxəssis matç məğlubiyyəti belə şərh etdi:
"Hər şeyi gördünüz. Böyük üstünlüyümüz var idi. Sadəcə qol epizodlarını reallaşdıra bilmədik. Qol vura bilmirsənsə, qalib gələ bilməzsən. İki dəfə boş qapıya vura bilmədik. Bilmirəm nə üçün belədir. Məncə, sonda soyuqqanlılıq çatmır. Qollar vurmaq lazım idi. Çalışıb, bundan sonra maksimumu etməliyik. Premyer Liqada qalmaq üçün əlimizdən gələni edəcəyik. Azarkeşlərə təşəkkür edirəm. Uğursuz nəticələrə baxmayaraq, bizi dəstəkləyirlər. Məğlubiyyətə görə onlardan üzr istəyirik".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.