AZ

Yer ildən ilə daha parlaq olur, amma hər yerdə deyil: Müharibənin buraxdığı iz...

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Alimlər müəyyən ediblər ki, Yer kürəsi ildən-ilə daha da parlaq olur, lakin bu artımın yerləşməsi və intensivliyi COVID-19 pandemiyası, işıq çirklənməsinə dair qanunvericilik məhdudiyyətləri və qlobal iqtisadi qeyri-sabitlik səbəbilə daha qeyri-bərabər hala gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” yazır.

NASA tərəfindən maliyyələşdirilən Konnektikut Universitetinin tədqiqatçıları 1,1 milyondan çox peyk görüntüsünü analiz edərək müəyyən ediblər ki, 2014–2022-ci illər arasında planetdə süni işıqlandırma 16% artıb.

Məqalədə qeyd olunur ki, bu nəticə 2017-ci il araşdırması ilə də üst-üstə düşür. Həmin araşdırmaya görə, Yer üzündə süni işıqlandırılan açıq sahələr ildə təxminən 2% artır və işıq çirklənməsi demək olar ki, hər yerdə qaranlığı sıxışdırır.

Bununla belə, planetin bəzi bölgələri daha da tündləşib və bu, ümumi qlobal artımın bir hissəsini kompensasiya edib.

Alimlərin sözlərinə görə, Avropa enerji səmərəliliyi qaydaları səbəbilə xeyli "qaralıb”, Venesuela isə iqtisadi böhran nəticəsində gecə işıqlandırmasının 26%-dən çoxunu itirib.

Məqalədə həmçinin qeyd olunur ki, COVID-19 pandemiyası dövründə karantinlər, sənaye fəaliyyətinin azalması və turizmin zəifləməsi bir çox regionlarda işıqlandırmanı azaldıb. Daha sonra isə Ukrayna ilə Rusiya arasında müharibə bu regionda "görünən izlər” buraxıb.

Asiya isə şəhərləşmə və iqtisadi inkişaf hesabına işıqlandırma səviyyəsinə görə lider mövqeyini qoruyub.

Tədqiqatın həmmüəllifi Çje Çju NASA hesabatında bildirib ki, peyklərin göstərdiyi mənzərə sadə artım və ya azalma hekayəsi deyil: "Bu, real vaxtda mühitini qurub, dəyişdirən və bəzən eyni anda həm saxlayan, həm də məhv edən bir növün dinamik portretidir. Dünya sadəcə daha parlaq olmur. O, titrəyir.”

Hesabatda həmçinin qeyd olunur ki, Çində və Hindistanın şimalında şəhərləşmə ilə bağlı gecə işıqlandırması kəskin artıb. Eyni zamanda Paris və ümumilikdə Fransada enerji qənaəti tədbirləri nəticəsində işıq çirklənməsi 33% azalıb.

Böyük Britaniyada və Niderlandda işıqlandırma müvafiq olaraq 22% və 21% azalıb. 2022-ci ildə isə Avropada enerji böhranı fonunda gecələr daha da qaranlıqlaşıb.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
qaynarinfo.az

1Mənbələr