AZ

HARRİS DƏ TRAMPI İTTİHAM ETDİ “Bu, Epşteyn işindən yayınmaq üçün biabırçı cəhd idi!”

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

“Tramp administrasiyası ABŞ tarixindəki ən korrupsiyalaşmış, mərhəmətsiz və səriştəsiz adminstrasiyadır”

ABŞ-nin İrana qarşı "Epik Qəzəb Əməliyyatı" diqqəti Epşteynin sənədlərindən yayındırmaq üçün edilən biabırçı bir cəhddir. Bunu ötən gün ABŞ-nin keçmiş vitse-prezidenti və prezidentliyə namizəd olmuş Kamala Harris Detroytda keçirilən tədbirdə deyib.

Harris bu müharibənin başlanmasının əsas səbəbkarı kimi İsraili göstərib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu tərəfindən İrana qarşı müharibəyə "sürüklənib": "Tramp, Netanyahunun cəlb etdiyi, açıq şəkildə deyək ki, Amerika xalqının istəmədiyi və Amerika hərbçilərini riskə atan bir müharibəyə girib".

Harris həmçinin, Tramp administrasiyasını "ABŞ tarixindəki ən korrupsiyalaşmış, mərhəmətsiz və səriştəsiz adminstrasiya” adlandırıb.

Qeyd edək ki, Harrisdən əvvəl ABŞ-dəki digər görkəmli siyasi xadimlər də Tramp administrasiyasını İran müharibəsilə bağlı ifşa edən açıqlamalarla çıxış ediblər.

ABŞ-nin keçmiş Dövlət katibi Hillari Klinton deyib ki, Tramp administrasiyasının yaramaz siyasəti nəticəsində ABŞ-nin ümumilikdə İranla danışıqlardakı mövqeyi xeyli zəifləyib. 2009-cu ildən 2013-cü ilə qədər Dövlət katibi vəzifəsini yerinə yetirmiş xanım Klintonun sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu uzun illərdir Amerikanı Tehranla silahlı münaqişəyə sövq etməyə çalışırdı.

"Netanyahu əvvəlki prezidentləri İranla sonsuz münaqişəyə girməyə inandırmağa çalışırdı. Mən həmişə heç bir real nəticə verməyən bu cür hərəkətləri rədd etmişəm", - Hillari Klinton bildirib.

Eyni fikirlərlə ABŞ-nin digər nüfuzlu siyasi xadimi Con Kerri də çıxış edib. Onun sözlərinə görə, prezidentlər Corc Buş, Barak Obama və Co Bayden Netanyahunun bütün təkidlərinə baxmayaraq, onun İrana zərbə endirmək tələblərini ardıcıl olaraq rədd ediblər.

Analitiklər isə qeyd edirlər ki, bu ilin 28 fevralında ABŞ-nin İrana qarşı hərbi əməliyyatının başlanması məhz Netanyahunun güclü təsirinin nəticəsi olub. Bildirilir ki, İsrail Baş naziri saatlarla davam edən danışıqlar və Ağ Evdə xüsusi video təqdimatlar vasitəsilə Donald Trampı Tehranda rejim dəyişikliyinin zəruriliyinə və bunun üçün hərbi zərbəyə ehtiyac olduğuna inandırıb.

Lakin bu təcavüz İkinci Dünya Müharibəsindən bəri ABŞ tarixində əhali tərəfindən ən az dəstəklənən hərbi əməliyyat olub. Tramp administrasiyası İrandan ABŞ-yə birbaşa təhdid barədə daxili auditoriyaya heç bir inandırıcı dəlil təqdim edə bilməyib…

Məlum olduğu kimi, İrana qarşı əməliyyat təkcə Yaxın Şərqdə deyil, həm də ABŞ daxil olmaqla bütün dünyada qiymətlərin kəskin şəkildə artmasına, ciddi iqtisadi problemlərə səbəb olub. Bu da Tramp administrasiyasına daxili və xarici təzyiqi artırıb. Trampın "Təl-Əvivin əlinə oynamasından" narazı olan bir sıra yüksək vəzifəli ABŞ məmuru vəzifəsini tərk edib, istefa verib. Bu, həm də ondan irəli gəlir ki, Tramp administrasiyası İrandakı əməliyyatla özü-özünü həm xarici, həm də daxili siyasi arenada küncə sıxışdırıb. Bir çox məmurlar bu prosesdə iştirak etmək istəmir.

Qarşıdan isə Konqresə aralıq seçkilər gəlir. Nüfuzlu analitiklərin də qeyd etdiyi kimi, bu seçkidə Trampın partiyasının, tərəfdarlarının fəlakətli şəkildə uduzacağı ehtimalı olduqca böyükdür və məlum başıpozuq qərarlar təkcə Trampın özünün deyil, onun ətrafındakıların da siyasi karyera tabutuna son mismarı vura bilər…

C.Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
azpolitika.info

1Mənbələr