"Sərgilədiyimiz oyundan tam razı qalmasam da, uzun müddətdən sonra yenidən 3 xal qazandığımız üçün çox sevincliyik".
QOL.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 28-ci turunda “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. Baş məşqçi Nikola Ninkoviçin erkən əvəzlənməsini isə həm performans, həm də fiziki durumla əlaqələndirib:
"Ninkoviç bizim komanda üçün çox vacib oyunçudur. Lakin düzünü desəm, bu gün onun da çıxışından razı qalmadım. 65-ci dəqiqədə onu əvəzləməyim həm bu səbəbdən, həm də yorulması ilə bağlı idi".