AZ

Kloppun uzunmüddətli hədəfi bəlli oldu

“Real Madrid”ə keçəcəyi ilə bağlı xəbərlər yayılan “Red Bull Group”un idman direktoru Yurgen Klopp hazırkı vəzifəsində özünü rahat və xoşbəxt hiss edir.

Publika.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. Mənbənin məlumatına görə, 58 yaşlı məşqçinin gələcəyi “Real”la bağlı deyil. Kloppun uzunmüddətli məqsədi Almaniya millisini idarə etməkdir, baxmayaraq ki, bu, onun əsas prioriteti deyil.

Alman mütəxəssisin sonuncu iş yeri 2015-ci ildən 2024-cü ilə qədər “Liverpul” olub. Kloppun rəhbərliyi altında mersisaydlılar Çempionlar Liqasını qazanıb və İngiltərə çempionu olublar.

Seçilən
18
publika.az

1Mənbələr