AZ

“Aston Villa”dan çətin qələbə

İngiltərə çempionatının 2025/2026 mövsümünün 33-cü turu çərçivəsində keçirilən “Aston Villa” – “Sanderlend” oyunu başa çatıb.

90deqiqe.Az xəbər verir ki, Birmingemdəki “Villa Park” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşü baş hakim Semyuel Barrott idarə edib.

Hesabı artıq 2-ci dəqiqədə Olli Uotkins açaraq “Aston Villa”nı önə keçirib. 9-cu dəqiqədə Kristofer Rigg “Sanderlend”in bərabərlik qolunu vurub. 36-cı dəqiqədə Uotkins ikinci dəfə fərqlənib, 46-cı dəqiqədə isə Morqan Rodcers meydan sahiblərinin üçüncü qolunu vurub.

Qonaqlar 86-cı dəqiqədə Tray Hamın qolu ilə fərqi azaltdı, 87-ci dəqiqədə isə Vilson İzidor hesabı bərabərləşdirdi. Lakin 90+3-cü dəqiqədə Temmi Abraham vurduğu qol ilə “Aston Villa”ya qələbə qazandırdı.

Bu nəticədən sonra “Aston Villa” 58 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb, “Sanderlend” isə 46 xalla 11-ci yerdədir.

Növbəti turda “Aston Villa” aprelin 25-də səfərdə Fulhem ilə qarşılaşacaq. “Sanderlend” isə aprelin 24-də Nottingem Forest komandasını qəbul edəcək.

Seçilən
23
90deqiqe.az

1Mənbələr