AZ

“Milan” 3 xalı tək qolla qazandı

İtaliya çempionatının 2025/2026 mövsümünün 33-cü turu çərçivəsində keçirilən “Verona” – “Milan” oyunu başa çatıb.

90deqiqe.Az xəbər verir ki, Verona şəhərindəki “Markantonio Bentegodi” stadionunda keçirilən qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşü baş hakim Daniele Kiffi idarə edib.

Matçda yeganə qolu 41-ci dəqiqədə Adriyen Rabyо vurub. “Milan”ın yarımmüdafiəçisi ilk hissənin sonlarında fərqlənərək komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra “Verona” 33 oyundan 18 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. “Milan” isə 66 xalla ikinci sırada yer alıb. Çempionata 78 xalla Inter başçılıq edir.

Seçilən
28
90deqiqe.az

1Mənbələr