Bolqarıstanda keçirilən parlament seçkilərində fəallıq 34 %-i keçib.
Aznews.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatlarında bildirilir.
"Saat 16:00-a (Bakı vaxtı ilə saat 17:00) qədər seçicilərin 34,63 %-i 52-ci çağırış Bolqarıstan Parlamentinə növbədənkənar seçkilərdə iştirak edib", - açıqlamada deyilir.
Qeyd olunur ki, bu, əvvəlki seçkilərlə müqayisədə təxminən 9 % artım deməkdir.
Ekspertlər seçkilərdə fəallığın 50 %-i keçəcəyini və təxminən 3,3 milyon seçicinin iştirak edəcəyi gözlənilir.