İngiltərə çempionatının 2025/2026 mövsümünün 33-cü turu çərçivəsində keçirilən “Everton”– “Liverpul” oyunu başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüş Liverpul şəhərində yerləşən “Hill Dikinson” stadionunda baş tutub. Matçı baş hakim Kris Kavana idarə edib.
Hesabı 29-cu dəqiqədə Məhəmməd Salah açaraq qonaqları önə keçirib. 54-cü dəqiqədə Beto “Everton”un bərabərlik qolunu vurub. Oyunda son nöqtəni isə 90+10-cu dəqiqədə Vircil van Deyk qoyaraq “Liverpul”a qələbə qazandırıb.
Bu nəticədən sonra “Everton” 47 xalla turnir cədvəlində 10-cu pillədə qərarlaşıb, “Liverpul” isə 55 xalla beşinci sırada yer alıb.
Növbəti turda “Everton” aprelin 25-də səfərdə Vest Hem Yunayted ilə üz-üzə gələcək. “Liverpul” isə həmin gün Kristal Pelas komandasını qəbul edəcək.