AZ

​Netanyahu: "İranla müharibə hələ bitməyib"

Bazar günü ABŞ-İran danışıqları ilə bağlı qeyri-müəyyən xəbərlər yayıldığı halda İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-İsrailin İrana qarşı birgə əməliyyatlarının "hələ bitmədiyini" söyləyib.Metbuat.az xəbər verir ki, Netanyahu Argentina prezidenti Xavyer Milia ilə görüşündə deyib: "Yeni proseslər istənilən an baş verə bilər. Sabah və ya o biri gün nə olacağını heç kim bilmir."Netanyahu əlavə edib ki, ABŞ və İsrail "məqsədlərinə çatacaq və dünyanın azad xalqına daha çox ümid və işıq gətirəcəklər."

Bu arada, Donald Tramp bazar günü günortadan sonra razılaşma əldə edilməsə, İran körpülərini və elektrik stansiyalarını hədəf alacağı ilə hədələyib.

Seçilən
29
1
metbuat.az

2Mənbələr