AZ

Tatarıstanda rus dilində danışan qadın məmur sərt tənqid edilib...

...Tatarıstan Dövlət Şurasında rus dili ilə bağlı qalmaqal yaranıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bir neçə deputat mədəniyyət nazirinin müavini Yuliya Adqamovanı sərt tənqid edib.

Qeyd edilir ki, iclasın keçirilməsinin əsas səbəbi olub: Tatarıstan şair Qabdulla Tukayın anadan olmasının 140 illiyini qeyd etməyə hazırlaıq...

Müzakirənin tonunu respublika kommunistlərinin lideri Hafiz Mirqəlimov müəyyən edib.

Belə ki, Mirqəlimov hesabatın rus dilində təqdim olunmasından qəzəblənib.

…Və daha sonra o, mövqeyini emosional olaraq tatar dilində ifadə edib.

Parlament üzvü etiraz edib ki, “…Mədəniyyət Nazirliyi belə bir vacib tədbir təşkil edir və tatar dilində bir kəlmə də yoxdur. Qabdulla Tukay bizim Puşkinimiz, mədəniyyətimizdir. Biz onun poeziyası ilə böyümüşük. Amma indi onlar tatar dilində bir kəlmə də danışa bilmirlər!?.Bu, doğru deyil - biz ikidilliyik!

Daha sonra Vahid Rusiyadan Azat Xamayev də ona qoşulub. Onun məmura qarşı tənqidi daha da sərt olub.

O, natiqin “tatar dilində bir kəlmə də olsun bilmir və öyrənməyəcək” iddiasını irəli sürüb.

Daha sonra siyasətçi təqdimat slaydlarının belə respublikanın rəsmi dilinə tərcümə olunmadığını soruşub.

Bundan əlavə, parlament üzvü belə vacib bir mövzunun şöbə müdiri tərəfindən deyil, onun müavini tərəfindən təqdim edilməsini hörmətsizlik hesab edib.

…Belə bir tədbirə - 140 illik yubileyə qarşı belə bir hörmətsizlik. Nazir danışmalı idi.

Xamayev bəyan edib bunu.

Əli Babayev

Seçilən
20
1
sia.az

2Mənbələr