Bu gün qadın voleybol komandaları arasında Azərbaycan Yüksək Liqasında həlledici oyunlar keçirilib.
Sportal.az xəbər verir ki, əvvəlcə 3-cü yer uğrunda qarşılaşma, daha sonra isə final oyunu baş tutub. Mövsümün çempionu Tovuz təmsilçisi "Turan" olub.
Final
16:00 — "Turan" – "DH Volley" 3:1
(15:25, 25:21, 25:19, 25:23)
Finalda ilk seti uduzan Tovuz komandası sonrakı üç setdə üstün oyun nümayiş etdirərək qələbəni təmin edib.
Mövsümün ən dəyərli oyunçusu (MVP) isə “Turan”ın voleybolçusu Marta Drpa seçilib.
3-cü yer uğrunda oyun
13:00 — "Milli Aviasiya Akademiyası" – "Gəncə" 0:3
(18:25, 21:25, 21:25)
saytlarin hazirlanmasi