AZ

"Turan" voleybol komandası Azərbaycan çempionu oldu

Bu gün qadın voleybol komandaları arasında Azərbaycan Yüksək Liqasında həlledici oyunlar keçirilib.

Sportal.az xəbər verir ki, əvvəlcə 3-cü yer uğrunda qarşılaşma, daha sonra isə final oyunu baş tutub. Mövsümün çempionu Tovuz təmsilçisi "Turan" olub.

Final

16:00 — "Turan" – "DH Volley" 3:1

(15:25, 25:21, 25:19, 25:23)

Finalda ilk seti uduzan Tovuz komandası sonrakı üç setdə üstün oyun nümayiş etdirərək qələbəni təmin edib.

Mövsümün ən dəyərli oyunçusu (MVP) isə “Turan”ın voleybolçusu Marta Drpa seçilib.

3-cü yer uğrunda oyun

13:00 — "Milli Aviasiya Akademiyası" – "Gəncə" 0:3

(18:25, 21:25, 21:25)

saytlarin hazirlanmasi

Seçilən
25
sportal.az

1Mənbələr