AZ

"Android"də elə bir nöqsan aşkarlandı ki...

"Which?" laboratoriya sınaqları "Android" əməliyyat sistemi ilə işləyən cihazlarda üz tanıma texnologiyasının sistemli məhdudiyyətlərini aşkar edib.

Publika.az xəbər verir ki, tədqiqata əsasən, müasir smartfonların əhəmiyyətli bir hissəsi biometrik müdafiənin sahibinin adi fotoşəkili vasitəsilə dövrə vurulmasına qarşı müdafiəsizdir.

2022-ci ilin oktyabr ayından bəri 208 model test edilib və halların 64 faizində (133 cihaz) kilidin çap edilmiş 2D təsvirlə açılması mümkün olub. Bu boşluğun ən pik həddi 2024-cü ildə qeydə alınıb – həmin vaxt belə cihazların payı 72 faiz təşkil edib; 2025-ci ildə isə bu rəqəm 63 faizə enib ki, bu da vəziyyətin ləng olsa da, tədricən düzəldiyini göstərir.

Sözügedən problem əsasən baza səviyyəli 2D üz tanıma sistemi ilə təchiz olunmuş başlanğıc və orta seqment cihazlarda müşahidə olunur. Belə sistemlər ön kameradan alınan yastı təsviri analiz etdiyi üçün real insanı fotoşəkildən etibarlı şəkildə ayıra bilmir. Sınaqlarda Samsung, Xiaomi, Motorola, OnePlus və Nothing kimi aparıcı markaların cihazları iştirak edib.

Bəzi yeni modellərdə isə inkişaf hiss olunur: məsələn, "Samsung Galaxy S26" seriyası sınaqları uğurla tamamladığı halda, "Galaxy S25" nəsli uğursuzluğa düçar olub. Apple-ın "Face ID" texnologiyası və digər brendlərin premium modellərindəki analoji həllər kimi üçölçülü skanlama sistemləri daha yüksək təhlükəsizlik vəd edir. "Google Pixel" smartfonları isə fərqli yanaşma nümayiş etdirir; burada maşın öyrənməsi elementləri ilə gücləndirilmiş və maliyyə əməliyyatları üçün yararlı olan təkmil 2D sistemindən istifadə edilir. İstehsalçılar bu texnologiyanın limitli olduğunu etiraf edirlər; belə ki, "Honor" və "Motorola" üz tanıma funksiyasını daha çox rahatlıq aləti kimi qiymətləndirir və vacib məlumatların mühafizəsi üçün PİN-kod və ya barmaq izindən istifadəni tövsiyə edirlər.

Seçilən
12
publika.az

1Mənbələr