Bakı, 19 aprel, AZƏRTAC
İngiltərə Premyer Liqasında 33-cü turun oyunları davam edir.
AZƏRTAC xəbər verir ki, Mersisayd derbisində "Liverpul" "Everton" ilə üz-üzə gəlib. Görüş Arne Slotun komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda "Liverpul" 55 xalla 5-ci, "Everton" isə 47 xalla 10-cu yerdədir.