AZ

ABŞ-ın Vitse-prezidenti İslamabada gedəcək, Ağ evdən bildirilib ki, şərtlər dəyişib

ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin İranla növbəti sülh danışıqları üçün İslamabad şəhərinə gedib-getməyəcəyi ilə bağlı ziddiyyətli xəbərlər yayılıb.

The Guardian-nın məlumatına görə, ABŞ administrasiyası bir saat ərzində üç dəfə mövqeyini dəyişib.

Belə ki, ABŞ-ın BMT-dəki səfiri Mike Ualtz ABC News-a bildirib ki, vitse-prezident bazar ertəsi İslamabada çatacaq Amerika nümayəndə heyətinə rəhbərlik edəcək.

Daha sonra ABŞ prezidenti Donald Tramp ABC News-a açıqlamasında deyib ki, təhlükəsizlik səbəblərinə görə Vens səfərə getməyəcək — bu, Mühafizə Xidmətinin hazırlığı üçün çox qısa müddət idi.

Lakin bundan sonra Ağ Ev CNN-ə bildirib ki, Vens səfərə gedəcək. “Şərtlər dəyişdi”, – deyə rəsmi şəxs qeyd edib. Bildirilib ki, Vens əslində ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni və keçmiş baş müşaviri Cared Kuşnerin daxil olduğu nümayəndə heyətinə rəhbərlik edəcək.

Seçilən
14
3
apa.az

4Mənbələr