AZ

Ukrayna Rusiyanın dron istehsal edən zavodunu vurdu

Ukrayna Silahlı Qüvvələri Taqanroqda Rusiya ordusu üçün pilotsuz uçuş aparatları (PUA) istehsal edən "Atlant Aero" zavoduna "Neptun" raketləri ilə zərbə endirib. Hücum nəticəsində zavodun ərazisində yanğın baş verib.

Azreform.info xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Rusiyanın Rostov vilayətinin qubernatoru Yuri Slyusar bölgəyə raket zərbəsi endirildiyini təsdiqləyib. O bildirib ki, kommersiya infrastrukturuna ziyan dəyib və anbar sahələrinin ərazisində yanğın baş verib.

Yerli sakinlərin məlumatına görə, Taqanroq Avtomobil Zavodu hədəfə alınıb. Əvvəllər burada müxtəlif markalara məxsus minik və yük avtomobilləri yığılırdı. Lakin son vaxtlar maliyyə problemləri ilə əlaqədar zavodun ərazisində Rusiya ordusu üçün PUA-lar istehsal olunur.

Xüsusilə, zavod ərazisində "Atlant Aero" MMC fəaliyyət göstərir. Müəssisədə "Molniya" tipli hücum-kəşfiyyat PUA-ları, həmçinin "Orion" PUA-sı üçün hissələrin istehsal edildiyi bildirilir.(oxu.az)

Seçilən
16
5
azreform.info

6Mənbələr