AZ

Gəncədə “BMW” və “Changan” toqquşdu - Xəsarət alanlar var

Gəncədə üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Əziz Əliyev küçəsindəqeydə alınıb.

Belə ki, “BMW” və “Changan” markalı maşınlar tooquşub.

Qəza nəticəsində işıq və rabitə dirəyi də tamamilə qopub. Hadisə zamanı 1949-cu il təvəllüdlü Nüsrəddin Qasımov, 1968-ci il təvəllüdlü Valeh Həsənov və 1975-ci il təvəllüdlü Vəli Hüseynov xəsarət alaraq xəstəxanaya çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

"Cebheinfo.az" 

Seçilən
14
cebheinfo.az

1Mənbələr