AZ

Yüksək Liqa: "Turan" dörd setin sonunda çempionluq əldə etdi

Aprelin 19-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində qadın voleybolçuların Yüksək Liqasında final oyunu keçirilib.

Publika.az xəbər verir ki, həlledici oyunda “Turan” və “DH Volley” komandaları üz-üzə gəliblər. Gərgin idman mübarizəsi ilə yadda qalan matç "Turan" komandasının qələbəsi ilə yekunlaşıb. İlk hissədə "DH Volley" 10 xal fərqlə (25:15) qalib gəlsə də, ardıcıl iki setdə üstün olan "Turan" hesabda önə çıxıb: 25:21 və 25:19.

Matçın dördüncü seti isə başabaş mübarizə şəraitində keçib. Setin sonlarında daha dəqiq oynayan "Turan" komandası hissəni öz xeyrinə başa vurub: 25:23. Bununla da, ümumi hesabda 3:1 hesabı ilə qalib gələn "Turan" Yüksək Liqanın çempionu olub.

Seçilən
8
8
publika.az

9Mənbələr