AZ

"Real Madrid"də böyük "təmizləm" başlayır

İspaniya nəhəngi "Real Madrid" uğursuz mövsümdən sonra heyətdə köklü dəyişikliklər etməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, "SPORT" nəşri klubun bir neçə əsas heyət üzvünü satışa çıxarmağa hazırlaşdığını iddia edir. Eduardo Kamavinqa, Ferlan Mendi, Dani Sebalyos, Lukas Vaskes və Naçonun gələcəyi böyük sual altındadır.

Həmçinin, Fran Qarsiya və Andriy Lunin üçün gələcək təkliflərin də dəyərləndirilməsi gözlənilir.

Zədələr və heyətdəki balanssızlıq rəhbərliyi yeni dövr üçün maaş büdcəsini boşaltmağa və yeni transferlərə yer açmağa məcbur edib.

Seçilən
10
1
fanat.az

2Mənbələr