AZ

Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Biləsuvar rayonunda kişi meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü İbadov Riyad Xəlil oğlunun cansız bədəni yaşadığı ünvanda, evin həyətində yerləşən tikilidə bu gün səhər saatlarında tapılıb.

Qeyd edək ki, ordu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi xidmət göstərən R.İbadov təxminən iki ay əvvəl ordudan tərxis olunubmuş.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
14
qafqazinfo.az

10Mənbələr