AZ

İran ABŞ ilə dialoqu blokadanın ləğvinə bağladı

BAKI, 19 aprel. TELEQRAF

İran hakimiyyəti ABŞ ilə danışıqların davam etdirilməsi ilə bağlı qərarı yalnız Vaşinqtonun dəniz blokadasını ləğv etməsindən sonra verəcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İran yalnız ABŞ dəniz blokadasını aradan qaldırdıqdan sonra danışıqlar qrupunun İslamabadna göndərilməsi məsələsinə baxacaq.

Agentliyin bildirdiyinə əsasən, son günlər ABŞ və İran arasında Pakistan vasitəçiləri üzərindən əlaqələr davam edib. Bu dolayı dialoq çərçivəsində tərəflər əvvəllər İslamabadda keçirilən birbaşa görüşlərdə müzakirə olunan məsələləri yenidən gündəmə gətiriblər.

Qeyd olunub ki, İran hakimiyyəti ABŞ dəniz blokadasını saxladığı müddətdə birbaşa danışıqları bərpa etməyi planlaşdırmır.

Seçilən
23
teleqraf.com

1Mənbələr