AZ

ABŞ nümayəndəsi İrana mümkün zərbələrlə bağlı açıqlama verdi

BAKI, 19 aprel. TELEQRAF

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts İranda elektrik stansiyaları və digər infrastruktur obyektlərinə mümkün zərbələrin hərbi cinayət kimi qiymətləndirilməyəcəyini iddia edib.

Teleqraf xəbər verir ki, bu barədə Mayk Uolts "ABC News" efirində açıqlama verib.

Məlumata görə, Uolts bildirib ki, ABŞ administrasiyası mümkün hərbi əməliyyatlar çərçivəsində bütün variantları nəzərdən keçirir. Onun sözlərinə görə, prezident Donald Tramp əvvəlcədən heç bir variantı istisna etmir və bu barədə açıq mesaj vermir.

Diplomat əlavə edib ki, ABŞ qüvvələri İranın müəyyən infrastruktur obyektlərini asanlıqla məhv edə bilər və İranın hava hücumundan müdafiə sistemlərinin artıq sıradan çıxarıldığını iddia edib.

Uolts qeyd edib ki, hərbi və mülki məqsədlər üçün istifadə edilən obyektlərə zərbə endirilməsi beynəlxalq hüquqa görə hərbi cinayət sayılmır.

Seçilən
21
teleqraf.com

1Mənbələr