AZ

Qlobal texnologiya şirkətləri risklə üz-üzə: tələbatın yalnız 60%-ni ödəyə biləcəklər

Qlobal RAM(operativ yaddaş) bazarı qarşıdakı illərdə uzun müddət davam edəcək çatışmazlıqla üzləşmək riski ilə daşıyır.

"Ölkə.az" xəbər verir ki, bu barədə Nikkei Asia məlumat yayıb.

Bildirilib ki,  istehsalçılar 2027-ci ilin sonuna qədər tələbatın yalnız təxminən 60%-ni ödəyə biləcəklər. Bununla da təklif və tələb arasındakı balanssızlıq 2030-cu ilə qədər davam edə bilər.

Mütəxəssislərin fikrincə, artan tələbatı ödəmək üçün sənaye 2026-2027-ci illərdə istehsal gücünü illik təxminən 12% artıma çatdırmalıdır. Lakin, mövcud investisiya planları yalnız 7,5% artım proqnozlaşdırır ki, bu da təklif və tələb arasında boşluq yaradır.

Samsung Electronics, SK Hynix və Micron Technology kimi əsas bazar oyunçuları istehsal güclərini genişləndirməyə davam edirlər. Lakin, hazırda yalnız SK Hynix yeni zavod istismara verib, digər istehsalçıların isə 2027-2028-ci illərə qədər əlavə gücləri işə salması gözlənilmir.

Bazara təzyiq göstərən digər bir amil, süni intellekt infrastrukturunda və məlumat mərkəzlərində geniş istifadə olunan HBM kimi yüksək sürətli yaddaşa resursların yenidən bölüşdürülməsidir. Bu seqmentin inkişafına üstünlük verilməsi, kompüterlər və smartfonlar da daxil olmaqla, istehlakçı elektronikasında geniş istifadə olunan ənənəvi DRAM-ın tədarükünün bərpasını ləngidə bilər.

Elvin

Ölkə.az

Seçilən
7
1
olke.az

2Mənbələr