AZ

​Hakan Fidan: “Türkiyə Azərbaycan-Ermənistan sülh prosesini qlobal model kimi dəyərləndirir”

5-ci Antalya Diplomatiya Forumunda çıxış edən Türkiyə Xarici İşlər Naziri Hakan Fidan Azərbaycan və Ermənistan arasındakı sülh prosesi ilə bağlı mühüm açıqlamalar verib. Metbuata xəbər verir ki, forumda iştirak edən azərbaycanlı jurnalist, XPress.az saytının baş redaktoru Xəyalə Rəis ona Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinin qlobal diplomatiyaya yeni bir model qazandırma imkanı yarada biləcəyi barədə sual verib. Jurnalist Türkiyənin bu prosesi necə qiymətləndirdiyini soruşub. H.Fidan isə Türkiyənin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması üçün ciddi səylər göstərdiyini, bu yanaşmanın qlobal səviyyədə tətbiq oluna biləcək bir model olaraq görülməsi lazım olduğunu qeyd edib."Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda mühüm irəliləyişlər əldə olunub, Vaşinqtonda sülh sazişi üzrə ilkin imzalar atılıb, lakin yekun sənəd üçün hələ işlər qalır. Hər iki tərəf sülhə nail olmaqda səmimidir və risk götürməyə hazırdır. Beynəlxalq ictimaiyyət isə prosesi dəstəkləyir," - deyə Hakan Fidan əlavə edib.Nazir, həmçinin Türkiyənin Azərbaycanın yanında olmağa davam edəcəyini, əldə olunacaq sülhün regionda sabitliyi təmin edərək bütün Cənubi Qafqaz üçün əhəmiyyətli olacağını vurğulayıb.

Daha sonra bu möhtəşəm müzakirəyə görə Antalya Diplomatiya Forumunun təşkilatçılarına təşəkkür edən Xəyalə Rəis dünyanın müxtəlif bölgələrindən gələn diplomatlarla fikir mübadiləsi aparmağın jurnalistlər üçün də dəyərli bir təcrübə olduğunu bildirib.

Seçilən
6
31
metbuat.az

10Mənbələr