AZ

"Barselona"nın futbolçusu yeni müqavilə təklifini rədd etdi

style='margin-bottom:10px;'>

"Barselona"nın müdafiəçisi Andreas Kristensen yeni müqavilə ilə bağlı klubun ilk təklifini geri çevirib.

QOL.az xəbər verir ki, "Mundo Deportivo" nəşrinin məlumatına görə, buna səbəb təklif olunan müqavilədə maaşın əhəmiyyətli dərəcədə azaldılmasıdır. Futbolçu karyerasını Kataloniya klubunda davam etdirmək istəsə də, maliyyə şərtləri tərəflər arasında razılığa gəlməyə imkan vermir.

Bildirilir ki, danışıqlar davam edir. Həmçinin futbolçuya İtaliya və Almaniya klublarından da maraq var.

Seçilən
20
3
teleqraf.com

4Mənbələr